Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu adam xəstədir, xəstə” – Erməni general Paşinyan haqqında
Movses Akopyan

“Nikol Paşinyanın psixoloji problemləri var, ordunun, müharibənin nə olduğunu, döyüşlərin nə zaman və necə baş verdiyini bilmir”.

Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi Movses Akopyan deyib.

Ermənistan Baş naziri Paşinyan bugünkü müraciətində 9-cu müdafiə korpusunun darmadağın edilyini və bunun fəlakətli nəticələrə səbəb olduğunu bildirib. “Korpusa rəhbərlik edən və ən azından baş verən hər şey üçün məsuliyyət daşımalı olan general indi mətbuat konfransı keçirib “ifşaedici faktlar” təqdim edir. Bir vaxtlar 42 milyona yararsız silah aldığını unudur. Bu fakta görə cinayət başlanıb”, - deyə Baş nazir Akopyanı ittiham edib.

Qarşı tərəf isə bildirib ki, Paşinyanın onunla bağlı hüquq-mühafizə orqanlarına hansı sifariş verəcəyindən narahat deyil. “Mən vətənimin itirilməsindən narahatam. Artıq bunun əlamətləri görünür", - deyə Akopyan vurğulayıb.

42 milyon dollar dəyərində yararsız silahların alınması məsələsinə gəlincə, erməni general deyib: “Qoy Andranik Köçəryandan soruşsun, onunla bu barədə danışıb, məlumatı var, istintaq orqanlarından rolumun nə olduğunu soruşun. Bu adam xəstədir, xəstə. Vicdanım rahatdır, vətənimdən vaz keçmədim”.(Yenisabah)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
Son xəbərlər
Bütün xəbərlər »