Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib

26 noyabr 2020-ci il tarixində Sumqayıt Texnologiyalar Parkının idarə heyətinin üzvləri, şirkətin əməkdaşları, törəmə şirkətlərin rəhbərləri və işçiləri II Qarabağ müharibəsi Şəhidlərini yad etmək məqsədilə Sumqayıt Şəhidləri Xiyabanını ziyarət ediblər. STP komandası ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarlarına gül və əklil qoyaraq onları yad edib, unudulmaz xatirələrini hörmət və ehtiramla anıblar.

Texnoparkın əməkdaşları bundan öncə II Qarabağ müharibəsinin qələbə ilə bitməsi münasibətilə millətimizin azadlıq və mübarizə simvolu olan Şəhidlər Xiyabanını da ziyarət etmiş, 20 yanvar və I Qarabağ müharibəsi şəhidlərinin xatirəsini anmış və ruhlarına dualar etmişlər.

Sumqayıt Texnologiyalar Parkı II Qarabağ müharibəsinin başlanğıcından həm ordumuza, həm xalqımıza öz dəstəyini göstərməyə davam edir. STP Silahlı Qüvvələrə Yardım Fonduna 100 min AZN ianə etmişdi. Bundan başqa cəbhə bölgəsindəki əsgərlər üçün ikimərtəbəli yataq və döşək dəsti göndərilib. Texnopark müharibədən əziyyət çəkən mülki əhaliyə də dəstəyini əsirgəməyib. Bərdədə məskunlaşmış zərərçəkən vətəndaşlarımız üçün ikimərtəbəli yataq və döşək dəsti, qida və geyim yardımı etmişdir.

STP bundan sonra da Azərbaycan üçün, vətəndaşlarımız üçün rifahı üçün əlindən gələni etməyə davam edəcək.

Qarabağ Azərbaycandır! Var olsun ordumuz! Yaşasın Azərbaycan!

Son xəbərlər
Bütün xəbərlər »