Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
Yeni Kaledoniya

Fransanın müstəmləkəsi olan Yeni Kaledoniya dünən öz müstəqilliyini elan etmək üçün növbəti referendum keçirib. Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundan ibarət olan bu dövlət 1853-cü ildən Fransanın tabeliyində yaşayır.

250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar və onlar ada avropalılar tərəfindən kəşf olunana qədər təbiətlə vəhdət halında ahəngdar həyat sürüblər. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.

XIX əsrin ortalarından etibarən ingilis və fransız missionerləri adaya ayaq açıb, 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı qatı cinayət törətmiş öz məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başladı. Qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarıb emal etməklə adanın külli miqdarda sərvəti Fransaya daşındı. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa melazeniyalılara azadlıq verməkdən imtina edib. Sonuncu referendum bu ilin 4 oktyabrında keçirilib və yenə də fransalı referendum təşkilatçıları cüzi səs fərqi ilə Yeni Kaledoniya sakinlərinin guya azadlıqdan “imtina etdiklərini” elan ediblər.

Maraqlıdır ki, Kaledoniyanın dövlət bayrağı Azərbaycan bayrağına oxşayır. Sadəcə ay və ulduz əvəzinə onlarda qarışqa təsviri var. Dünən bu dövlət müstəqilliyini elan etmək üçün referendum keçirib. Dünyaya demokratiya dərsi verməyə çalışan Fransa öz müstəmləkəsində saxladığı dövlətlərin ayaqlanmasından artıq ehtiyatlanmağa başlayıb. Hər zaman böyük dövlətlərin qarışqa hesab edib əzdiyi, sömürdüyü kiçik dövlətlər artıq haqq savaşı üçün ayaqlanmağa başlayıblar. Bu gün Ukraynadan separatçı rejimə qarşı hərkətlənmə başlanması xəbərini eşitdik. Moldova öz tərəfini seçərək Rusiyadan uzaq qalmaq istəyini bəyan etdi. Hər zaman fillərin döyüşündə qarışqalar əzilirdi. Amma bu da həqiqətdir ki, filin beyninə, gözünə yol tapa bilən qarışqa sürüsünün intiqamı da ölümcül ola bilər. Yetər ki, bunu qarışqalar istəsinlər.

İlhamə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »