Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evində “Şəhid guşəsi” yaradan Qarabağ qazisi: “Qarabağ müharibəsi onun şəhid olmasıyla başladı” - Video
Evində “Şəhid guşəsi” yaradan Qarabağ qazisi: “Qarabağ müharibəsi onun şəhid olmasıyla başladı” - Video

Uzun illər azadlıq eşqi ilə çırpınan, mənsub olduğu xalqın azad, müstəqil, torpaqlarının bütövləşməsi arzusu ilə yaşayan, elə bu arzu ilə də 1992-ci ildə taleyini müharibənin ağuşuna atan Aidə Şirinova Birinci Qarabağ savaşında batalyon komandirinin müavini kimi fəaliyyət göstərib.

Bizimyol.info-nun əməkdaşı Qarabağ müharibəsi qazisi, şairə Aidə Şirinovanın evində olub, onunla həmsöhbət olub.

Qarabağ döyüşlərində öz şücaətlərilə fərqlənən qəhrəman qadınlarımızdan biri olan A.Şirinova evinin bir otağını şəhidlər üçün ayırıb, həmin otaqda “şəhid güşəsi” yaradıb.

Həmsöhbətimiz bildirib ki, şəhid Mübariz İbrahimovun qəhrəmanlığı millətin paslanmış ruhun pasını açdı: “Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi general Polad Həşimovun şəhid olmasından başladı. İnsanlar ayağa qalxdı, şəhərin mərkəzində izdiham yarandı. Kişilərlə yanaşı qadınlar könüllü müharibəyə yazıldılar. Azərbaycan Ordusu işğal edilmiş əraziləri azad etməyə davam etdi. Gördük ki düşmən işğal etdiyi ərazilərdə tarixi abidələri dağıdıb, yaşayış məntəqlərini talan edib yandırıb. Biz qurub yaradan millətik. O yerləri yenə abad edəcəyik”.

Vətənpərvər şeirlər yazan A.Şirinova şeirlərinin birində şəhidlərin yanında dəfn olunmasını vəsiyyət edib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »