Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın keçmiş baş qərargah rəisi “metallolom” satırmış
Movses Akopyan

“Ehtiyatda olan general (Movses Akopyanı nəzərdə tutur – “Report”) mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollara əldə olunmuş metal tullantıları ilə bağlı cinayət işi açılmışdı”.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“Xəbərlərə baxın, biz ilk gündən doğrunu söyləyirdik. Bəli, hərbi qanunlarına uyğun. Ancaq diqqətli insan rəsmi məlumatı oxuyaraq hər şeyi anlaya bilərdi”, - baş nazir əlavə edib.

Qeyd edək ki, Ermənistanın keçmiş baş qərargah rəisi general-polkovnik Movses Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »