Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Matviyenko: “MDB ölkələri Rusiyanın koronavirusa qarşı peyvəndini əldə edə biləcəklər”
Valentina Matviyenko

MDB ölkələri Rusiyanın koronavirusa qarşı peyvəndini Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra birinci əldə edə biləcəklər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında çıxışında bildirib.

“Rusiyada artıq “Sputnik V” və “Epivakkorona” yerli peyvəndləri qeydiyyatdan keçib. Üçüncü peyvənd də yoldadır. Qeyd etmək istəyirəm ki, Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra MDB-dən olan tərəfdaşlarımız Rusiya preparatını ala biləcək ilk ölkələr arasında olacaqlar. Hazırda peyvəndin istehsalının möhkəmləndirilməsi prosesi gedir”, - deyə V. Matviyenko vurğulayıb.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »