Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video

Onu hamımız gözəl ifasıyla tanıdıq. Döyüşçü yoldaşlarının əhatəsində oxuduğu “Məndən sorma niyə Vətən yaxşıdır, adı gəlcək könlüm dasta döndü” deyərək dağlar qoynuna səs salmışdı mahnısıyla. Hiss olunurdu ki, peşəkarlar kimi oxuyur. Kim idi o igid?

Bizimyol.info Dövlət Sərhəd Xidmətinin giziri 22 yaşında şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadəni sizlərə tanıtmaq istəyir.

Xudayər Yusifzadənin ailəsi əslən Kəlbəcərlidir. Özü Bərdənin Qazıqurdalı kəndində dünyaya göz açmışdı. Dünyaya gəlişindən 24 gün sonra atası dünyasını dəyişdiyinə görə, onu nənəsi böyüdüb. Anası Radə Yusifzadə deyir ki, oğlu Bərdə 1 saylı Musiqi məktəbində xanəndə sinfində təhsil alsa da, həmişə arzusu hərbiçi olmaq olub. Hətta, birinci sinfə gedəndə nənəsindən xahiş edib ki, ona əsgər paltarı alsınlar, dərsə də əsgər formasında gedib.

Radə Yusifzadə: Mən onun döyüşlərdə olduğunu bilmirdim. Bizə demirdi. Hər dəfə gülə-gülə danışırdı, deyirdi , bizi döyüşə aparmırlar. Təlimlərdəyəm. Bircə dəfə arxadan güllə səslərini eşidəndə dedim o nə səsdi? Cavab verdi ki, Zəngilanı almışıq, əsgərlər atəşfəşanlıq edirlər.Biləndə ki döyüşdədir, ancaq xeyir dua verdim. Balaca dayısına demişdi ki döyüşə gedirəm.Bütün dostları ordaykən onu saxlamaq olardımı?”.

Şəhidimizin nənəsi Tovuz Məmmədova deyir, Xudayarın şəhid xəbərini gətirən dostları dedilər ki, düşmən mühasirəsində qalmış yoldaşlarından birinə deyib, qorxma, gəlib səni xilas edəcəm. Ölsəm də şəhid olmağa gəlirəm. Dostunu mühasirədən çıxarıb sağ salamat qayıtmışdı.Biz dostları gəlib danışana qədər bilmirdik ki, Xudayar Füzuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı uğrunda qaynar döyüşlərdə iştirak edib.Oktyabrın 23-də ağır yaralanıb, sonra daşəhid olub. Mən balamla fəxr etmişəm həmişə. Yenə fəxr edirəm. Çünki, oğul böyüdəndə bilirik ki, o vətən üçün böyüyür”.

Subay idi Xudayar. Özündən geriyə yadigar ailəsi övladı qlamasa da, bütün Azərbay6can onu özünə övlad bilir, gözəl səsi, nurlu siması, gülüşləri ilə yaddaşlarda qaldı. Bir də heç vaxt xanındı olmayan gizir elə bircə mahnıyla xanəndə kimi də tanındı. Allah rəhmət eləsin,məqamın mübarək olsun, Şəhidim.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »