Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəb-Liseyin direktoru ilə bağlı qalmaqal - Nazirlikdən cavab
Məktəb-Liseyin direktoru ilə bağlı qalmaqal - Nazirlikdən cavab

Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-Liseyin direktoru Nəzakət Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, məktəbdə rüşvət və korrupsiyanın geniş yayıldığı iddia edilir.

Təzyiqlərə məruz qalacağından ehtiyat edərək adının çəkilməsini istəməyən müəllim

Bizimyol.info-ya bildirib ki, məktəb direktorunun müəllimlərə etdiyi təzyiqlər nəticəsində əsassız olaraq şagirdlər məktəbdən uzaqlaşdırılır, onların yerinə qeyri-qanuni ödənişlə başqa şagirdlər məktəbə qəbul edilir.

“Məktəbin direktorunun təsdiq etdiyi dərs cədvəli müəllimlərdən və şagirdlərdən gizlədilir, cədvəl hamının tanış olması üçün əlçatan yerdə asılmır. Məktəbin ştatında adı olub amma faktiki işləməyən müəllimlər və texniki işçilər var. Tədris ili ərzində məktəb müəllimləri tədris prosesində iştirak etməyən, amma adı ştatda olan müəllimləri əvəzləyirlər.

Məktəbin binasına hər gün gələn 3 xadimə məktəb direktorunun ev məsələsini həll edir, müəllimlər sinif otaqlarında təmizlik işi görür.

Distan təhsil müddətində növbəti tədris ilində birinci sinifə başlayacaq şagirdlər üçün hazırlıqar təşkil olunur. Tədris ili boyu davam edən hazırlıqların hər bir ayı üçün ödəniş 100 manatdır. Silahlı Qüvvələrə Yardım Fonduna ianə adı ilə müəllimlərdən 30 manat toplanılır”,-deyə müəllim bildirib.

Məsələ ilə bağlı olaraq Bizimyol.info Təhsil Nazirliyinə informasiya sorğusu göndərib.

Təhsil Nazirliyi Təhsil Nazirliyi

Sorğuya cavab məktəb direktorunun arayışı vasitəsilə verilib. Cavabda bildirilib: “Guya təzyiqlərə məruz qalacağından ehtiyat edərək adının açıqlanmasını istəməyən naməlum müəllim tərəfindən göndərilən məlumatlara cavab olaraq, aşağıdakıları bildirirəm:

Müəllimlərə təzyiqlər göstərilərək şagirdlərin əsassız çıxarılması qeyri-mümkündür. Məlumdur ki, şagirdlərin bir məktəbdən digərinə hərəkəti elektron qaydada (www.sy.edu.az portalı vasitəsilə) yalnız valideyn tərəfindən həyata keçirilir. Bu, o deməkdir ki, şagirdin məktəbdən çıxması valideynin istəyinə əsasən baş verir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə şərait yaradır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qaydalarına əsasən yalnız elektron qeydiyyatdan keçən şagirdlər müsabiqədə iştirak edə bilər. Məktəbin Pedaqoji Şura iclasında yaradılmış “Qəbul komissiyası” tərəfindən təşkil edilən müsabiqənin şərtlərinə cavab verə bilən şagirdlər məktəbə qəbul olunurlar. Valideynlərin müsabiqənin nəticələri ilə tanış olması işi ilə Pedaqoji Şuranın qərarı ilə yaradılmış “Apellyasiya komissiyası” məşğul olur.

Hər tədris ilinin əvvəlində təsdiq olunmuş dərs cədvəli bir qayda olaraq hamının tanış olması üçün divardan asılır. Hər bir sinfə məxsus cədvəl sinif jurnalının müvafiq səhifəsində, müəllimlərin tematik proqramlarında, şagirdin məktəbli kitabçasında öz əksini tapır. Əks təqdirdə məktəbdə tədrisi necə təşkil etmək olar?

Bu tədris ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin göstərişlərinə əsasən 15 sentyabr 2020-ci il tarixdən I-IV siniflərdə əyani (həftədə 2 gün olmaqla) və distant, 15 sentyabr 2020-ci il tarixdən 1 oktyabr 2020-ci il tarixədək V-IX siniflərdə distant, 1 oktyabr 2020-ci il tarixdən 5 oktyabr 2020-ci il tarixədək V-IX siniflərdə əyani (həftədə 2 gün olmaqla) və distant, 5 oktyabr 2020-ci il tarixdən 16 oktyabr 2020-ci il tarixədək I-IX siniflərdə əyani (həftədə 3 gün olmaqla), 15 sentyabr 2020-ci il tarixdən X-XI siniflərə distant, 02 noyabr 2020-ci il tarixdən etibarən I-IX siniflərdə distant üzrə dərs cədvəlləri tərtib olunaraq, müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda “Microsoft Teams” platforması üzərindən “Virtual məktəb”də müəllimlər tərəfindən cədvəllərin yerləşdirilməsi və dərslərin təşkili bariz nümunədir.

Məktəbin ştat cədvəlində adı olub işləməyən müəllimlərin olması həqiqətə uyğun deyil. Sayı 1000 nəfərdən artıq olan şagirdə cəmi 66 nəfər müəllim dərs deyirsə, hər hansı bir müəllimin dərs deməməsi mümkün deyil. Hər tədris ili üzrə müəyyənləşdirilmiş dərs bölgüsü məktəbin Pedaqoji Şura iclasında müzakirə olunaraq təsdiq edilir. O da məlumdur ki, müəllimlərin işə qəbulu Təhsil Nazirliyi (MİQ) vasitəsilə həyata keçirilir.

Əgər müəyyən səbəblərdən (sosial məzuniyyət, xəstəlik və s.) vakant dərs yükü yaranarsa, Təhsil Nazirliyinin razılığı ilə müvəqqəti olaraq əvəzçi müəllimər dəvət olunur.

Texniki işçilərə gəldikdə isə hazırda mövcud pandemiya dövrü ilə əlaqədar olaraq, yalnız bəzi inzibati işçilər və xadimələr növbə ilə işə gəlir.

Yalnız dərs ilinin əvvəlində və ya sonunda ənənəvi olaraq, iməcilik keçirilir. Müəllimlər sinif otağında tədrisə lazım olan vəsait və ləvazimatları yerbəyer edir, yəni səliqə-səhman yaradır. Çünki xadimələr bu işi yerinə yetirə bilməz.

Məktəb binasının, həyətyanı sahəsinin, otaqların daim təmiz olması buna sübutdur.

Mənim bina evində 3 otaqlı (təxminən 90 m2) mənzilim var. 3 otaqlı evin işləri ilə üç nəfər xadimənin məşğul olması nə dərəcədə həqiqətə uyğun ola bilər?!

Məlumdur ki, ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə övladlarını qeydiyyatdan keçirilməklə valideynlər tərəfindən aparılır. Bununla belə, məktəbəhazırlıq qrupundan keçməyən istənilən uşağın 1- ci sinfə qəbul olunmasında heç bir məhdudiyyət yoxdur. Onu da qeyd edim ki, distant təhsil müddətində Təhsil Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq müəssisələrdə apardığı monitorinqlər zamanı belə bir fakt təsdiqini tapmayıb”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »