Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İçərişəhərin Qala divarlarının bir hissəsi uçub - Foto
İçərişəhərin Qala divarlarının bir hissəsi uçub -  Foto

İçərişəhərin Qala divarlarının "Qubernator" Bağı istiqamətindəki hissəsində bir neçə divar daşları tökülüb.

Bizimyol.info xəbər verir ki, bannerlə qalanın uçan yeri bağlanıb və təhlükəsizlik tədbirlərilə bağlı olaraq həmin sahə xüsusi lentlə əhatəyə alınıb.

Məsələ ilə bağlı olaraq “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, İçərişəhərin Qala divarlarının "Qubernator" Bağı istiqamətindəki hissəsində yaranan problemlərin səbəbi daşın uzun illərlə ölçülən yaşı, ötən əsrin ortalarında həyata keçirilən bərpa zamanı istifadə olunan materialların keyfiyyəti, habelə iqlim faktorları və uzun müddət restavrasiya edilmədən atmosfer yağıntılarına məruz qalmasıdır: “Qeyd edək ki, İçərişəhərin Qala divarının 900 metr uzunluqda olduğunu nəzərə alararaq uzun illər bərpa-restavrasiya edilməyən və illərcə atmosfer yağıntılar və klimatik təsirə məruz qalan bu abidənin mərhələli şəkildə bərpa-restavrasiyasına başlanılıb. Təbii ki, İdarə tərəfindən bu işlər müvafiq plan üzrə həyata keçiriləcəkdir. Plana əsasən, İdarə qarşıdakı bir neçə il ərzində İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya prosesini həyata keçirməyi planlaşdırır. Belə ki, 2019-cu ildə Qoşa Qala Qapısının portalı və ona bitişik Qala divarının bir hissəsi uğurla restavrasiya edilib.

Hazırda Qala divarının bu gün yaranmış problemi üzrə bərpa işlərinə başlamaq üçün İdarə tərəfindən xüsusi işçi qrup yaradılıb ki, həmin qrupa İdarənin əməkdaşları ilə yanaşı bu sahədə çalışan təcrübəli ekspertlər cəlb edilib”.

Ramid İbrahimov

İçəri Şəhərin qala divarı İçəri Şəhərin qala divarı

Son xəbərlər
Bütün xəbərlər »