Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasamal rayonunda qətl hadisəsi baş verib
Bıcaqlama

Noyabrın 26-ı saat 20 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Yasamal rayon prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Türkiyənin Qarabağda Birgə Mərkəzdə işi nədən ibarət olacaq... - Açıqlama
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
Son xəbərlər
Bütün xəbərlər »