Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
"Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"

“Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb, bununla qürrələnən Paşinyan Facebook səhifəsində Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdiyini yazıb: "Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi, həmçinin bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə etdik."- deyə o öz Facebook səhifəsində yazıb.

İqtisadçı Qubad İbadoğlu bu siyasi aktivləşməyə ehtiyatla yanaşmağın vacib olduğunu düşünür.

“Ermənistanda idarəçilik, iqtisadiyyat bərbad vəziyyətdədir, pandemiya tüğyan edir, parlamentdə bir-birlərini söyürlər, küçələrdə etirazçılar əlindən tərpənmək olmur. Paşinyan bunları müzakirə etmək əvəzinə yenə də Qarabağla bağlı Putinlə danışıqlar aparır, görəsən, hər ikisi Azərbaycana qarşı yenə nə məkrli planlar qurublar.

Qubad İbadoğlu

Hesab edirəm ki, ən qısa müddətdə xüsusilə Şuşa və Xocavəndin Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə hərbi istehkamlar qurulmalı və mövqelər möhkəmləndirilməli, texnika və silah təchizatı tam komplektləşdirilməlidir. Rusa güvənmək olmaz.

Təcili Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik sazişi imzalanmalı və Türk qoşunları Azərbaycana dəvət olunmalıdır”,- deyə Qubad İbadoğlu yazıb.

Son xəbərlər
Bütün xəbərlər »