Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldovanın prezidenti: Hökumət vəzifələrinin öhdəsindən gələ bilmirsə, istefaya getsin
Maya Sandu

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökumətin istefaya getməli olduğunu deyib. Onun fikrincə, İon Kikunun hökuməti koronavirus pandemiyası və onu müşayiət edən iqtisadi böhranın öhdəsindən gələ bilmir.

Yeni prezidentin müvafiq çıxışı “Moldova 1” telekanalında yayımlanıb.

“Böhrandan çıxış yolu tibbin maliyyələşdirilməsindən asılıdır və bunun üçün xaricdən yardım cəlb etmək üzərində işlərə başlamışam. Ancaq hökumət ölkə daxilində öz vəzifələri ilə məşğul olmalıdır və əgər öhdəsindən gələ bilmirsə, istefaya getsin”, - deyə prezident telekanala verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, “ölkə vətəndaşları ofisin fəaliyyətini mənfi qiymətləndirir” və hesab edir ki, “hökumət xəstəxanalarda əlavə yerlər hazırlamayıb və pandemiya ilə mübarizədı lazımi tibbi avadanlıqlar almayıb”.(apa)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »