Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidentdən Snouden və Assanjın bağışlanılması istənildi
ABŞ prezidentdən Snouden və Assanjın bağışlanılması istənildi

Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard (Havay ştatından - Red) ABŞ prezidenti Donald Trampdan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden və “WikiLeaks”in qurucusu Culian Assanjın bağışlanılmasını istəyib.

“Report” xəbər verir ki, bu barədə Tulsi Qabbard özünün tvitter səhifəində yazıb.

Qabbard Amerika liderinə böyük fədakarlıqlar bahasına yerin altına gizlənən cinayətkarları ifşa edən insanları bağışlamaq barədə düşünməyi təklif edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, “WikiLeaks”in qurucusu Culian Assanjı bağışlamağa hazırdır. Amma bir şərtlə ki, o, Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desin.

2016-cı ildə Demokratlar Partiyasının serverlərindəki gizli məlumatların dərc edilməsi Donald Trampın rəqibi Hillari Klintonun seçki kampaniyasına təsir göstərən mənfi amillərdən biri olmuşdu. H.Klinton özü sızmanı məğlubiyyətinin əsas səbəblərindən biri adlandırmış və serverlərin “sındırılma”sına görə rusiyalı hakerləri günahlandırmışdı.

Son xəbərlər
Bütün xəbərlər »