Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda hərbi vəziyyət rejimi qüvvədə qaldı
Ermənistan parlamenti

Ermənistan parlamenti növbədənkənar iclasında ölkədəki hərbi vəziyyəti ləğv etməyib.

“Report” xəbər verir ki, Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların başladığı 27 sentyabr tarixində tətbiq edilmiş hərbi vəziyyətə xitam vermək barədə müxalifətdəki Parlaq Ermənistan və Firavan Ermənistan partiyalarının nümayəndələri təşəbbüs irəli sürüblər, lakin iqtidardakı “Mənim addımım” fraksiyası isə buna qarşı çıxıb.

Nəticədə həmin təşəbbüs 36 səsə qarşı 56 səslə rədd edilib, iki nəfər isə bitərəf qalıb. Hərbi vəziyyətə xitam vermək məsələsi baş nazir Nikol Paşinyanın istefasına nail olmaq səylərindən sonra irəli sürülüb. Belə ki, müxalifət N.Paşinyanı Qarabağdakı qarşıdurmanı dayandırmaq barədə sənədi imzalamaqla Ermənistanın mənafeyini qorumamaqda ittiham edir.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »