Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı

UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı qərar çıxarıb. Ağdam klubunun əməkdaşı ömürlük futboldan uzaqlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, Nurlan İbrahimov “Facebook”da yazdığı bur statusa görə cəza alıb. Ermənilər bundan UEFA-ya şikayət yazıb. Beynəlxalq futbol təşkilatı araşdırmaya başlayıb. Noyabrın 26-da qərar çıxarılıb. Qərara görə, Nurlan İbrahimov bundan sonra futbol fəaliyyəti ilə məşğul ola bilməz. İdman prinsiplərinə zidd və rasist yanaşmada ittiham olunan futbol adamına görə “Qarabağ” 100 min avro (118 min 990 dollar) cərimələnib.

Maraqlıdır ki, UEFA "Roma" klubunun erməni furboşçusu Henrix Mxitaryana qarşı heç bir sanksiya tətbiq etmir. Müharibədən əvvəl də, müharibə günlərində də, hazırda da Mxitaryan siyasi və irqçi açıqlamalarına ara verməyib.

Hətta Avroliqanın Bakıda keçirilən finalı ərəfəsində bir erməni əsgər öz müsahibəsində bildirmişdi ki, Mxitaryan Qarabağdakı erməni ordu birləşmələrinə hərbi ləvazimatlar - gecəgörmə qurğuları alıb göndərib. Mxitaryan dəfələrlə qanunsuz olaraq Azərbaycan ərazilərinə - Qarabağa səfərlər edib. Bütün açıqamalarında beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın ərazi bütövlüyünü təhdid edib və edir.

Amma biz bütün bunlara görə Mxitaryanı günahlandıra bilmərik - ondan nəyi gözləyirdiksə, onu da edir. Azərbaycana qarşı obyektiv olacağını gözləməmişik və gözləmirik də...

Biz AFFA-nı qınamalıyıq, çünki bu vaxta qədər Mxitaryanın qanunsuz əməlləri və açıqlamaları ilə bağlı UEFA-ya şikayət etməyib.

Son xəbərlər
Bütün xəbərlər »