Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə bağlı daha bir iddia: Yeniyetmə qızı ortaya çıxdı
Vladimir Putin

Qərb mətbuatında Vladimir Putinlə bağlı çox iddialar yazılır. Xüsusilə son vaxtlar Rusiya prezidenti haqda yeni məlumatlar əksini tapır.

Bizimyol.info xəbər verir ki, Putinlə bağlı yeni iddia ortaya çıxıb. Onun xadimədən övladı olduğu bildirilir. Bu dəfə Rusiya mətbuatı önə çıxıb.

Söhbət Svetlana Krivonoqixdən gedir. Onun qızı Yelizavetanın Vladimir Putinin övladı olduğu bildirilir. Qız Rusiya dövlət başçısına çox oxşayır. İndi Yelizavetanın 17 yaşı var. Onun pasportunda “Vladimirovna” ifadəsi yer alır.

Svetlana 1975-ci ildə Sankt-Peterburqda adi ailədə doğulub. Dünyaya kommunal mənzildə gözünü açıb. Svetlananın atası içki düşkünü olub, buna görə də həyatını tez itirib. Anası tikintidə rəngsaz işləyirmiş. Svetlana məktəbi bitirəndən sonra xadimə kimi çalışmağa başlayıb. Onu universitetdə görən olmayıb, amma diplomu var.

İndi Svetlana Krivonoqix ölkənin ən varlı adamlarından sayılır. Rusiya Bankının səhmlərinin 2.8 faizi bu qadının əlindədir. Krivonoqixin payı 800 milyon rubla çatır. Keçmiş xadimənin İqorda elit xizəksürmə kurortunda da 75 faiz payı var. Putin qışda məhz burada dincəlir. Prezidentin qızı Katerina 2013-cı ildə məhz həmin kurortda toy mərasimi keçirmişdi.

Krivonoqixin var-dövləti sərhəd tanımır. Onun dəyəri 100 milyon dollar olan layihələri var.

Yelizaveta mətbuatın diqqət mərkəzinə düşəndən sonra “Instagram”dan fotolarını silməyə başlayıb. Qız soyadını da dəyişib.

Putinin ictimaiyyətə etiraf etmədiyi iki qızı var. Mariya Vorontsova və Katerina Tixonova Rusiyanın ən zəngin qadınlarından sayılır.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Faktiki hava açıqlandı
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
Son xəbərlər
Bütün xəbərlər »