Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Veteranlar Təşkilatı iddialara cavab verdi: Deyilənlər cəfəngiyyatdır
Veteranlar Təşkilatı iddialara cavab verdi: Deyilənlər cəfəngiyyatdır

25 noyabr tarixində sizin xəbər saytınızda Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini, ehtiyatda olan zabit Elçin Axundzadənin verdiyi açıqlama Respublika Veteranlar Təşkilatının nüfuzuna mənfi təsir edərək, eyni zamanda Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun şərəf və ləyaqətinə xələl gətirməkdən başqa bir şey deyil. Qeyd olunanlar cəfəngiyyatdır.

General-polkovnik Tofiq Ağahüseynovun Respublika Veteranlar Təşkilatın sədri olduğu gündən təşkilatda canlanma baş verib, Sizə təşkilatımız və görülən işlər haqqında məlumat əldə etməniz üçün LİNK əlavə edirəm.

General-polkovnik Tofiq Ağahüseynov Pandemiya dövründə öz şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketləri göndərərək onlara çətin bir dönəmdə dəstəyini əsirgəməyib. Ağdaş rayonunda yaşayan illərdi yataq xəstəsi olan-gözündən və ayaqlarından məhrum olan II Dünya müharibəsi veteranına əlil arabası göndərib. Daha sonra Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçin əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubuna dərhal reaksiya verərək problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib. Azərbaycan Respublikasında hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq orduya dəstək olmaq məqsədilə hazırda cəbhədə gedən hərbi əməliyyatlar bitənə qədər 2020-ci ilin oktyabr ayından etibarən hər ay üçün nəzərdə tutulmuş əmək haqqını Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsinə dair göstəriş verib. General-polkovnik Tofiq Ağahüseynovun Təşkilatın sədri olaraq fəaliyyətində müsbət istiqamətdə görülmüş işlərin sayı hesabı yoxdur.

Elçin Axundzadə yəqin bilmir ki, general-polkovnik Tofiq Ağahüseynov uzun illər Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi, 6 ildən artıq bir müddətdə isə Ulu Öndər Heydər Əliyevin hərbi müşaviri işləmişdir. Bu günku gün Heydər Əliyev məktəbini keçmiş belə bir şəxsiyyət haqqında Elçin Axundzadənin söylədikləri birbaşa şərəf və ləyaqətə, işgüzar nüfuza xələl gətirməkdir. Bu cür yazılara görə müəllif qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Son xəbərlər
Bütün xəbərlər »