Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
“Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”

Ağdam 27 illik həsrətdən sonra Azərbaycana qayıdıb. Dünyanın məşhur media orqanlarından olan “Associated Press” “Qafqazın Hirosiması”ndan reportaj hazırlayıb.

Bizimyol.info xəbər verir ki, reportaj ağdamlıların doğma rayona qovuşmağa görə necə böyük sevinc yaşamasının təsviri ilə başlayıb.

“Bu qədər sevincin içində həm də bir az kədər və xəfif qəzəb hiss olunur. Çünki şəhər tamamilə dağıdılıb. “Sevincimi sözlə ifadə edə bilmirəm. Amma təəssüf ki, evimə girə bilmədim. Çünki ora çoxlu mina qoyulub”, - 61 yaşlı Nəsibə Zamanova belə deyir”.

Reportajda Ağdam “ruhlar şəhəri” kimi təqdim olunub. Burada əvvəllər 50 min nəfərə qədər əhalinin yaşadığı, xeyli binaların olduğu qeyd olunub. İndi isə gözə salamat tikili dəymir.

Başqa bir ağdamlı, 63 yaşlı Arif Hacıyev jurnalistlərə danışıb ki, şəhərdə xeyli gözəl tikili olub, indi isə həmin binalardan əsər-əlamət qalmayıb: “Sanki 12 bal gücündə zəlzələ baş verib”.

“Associated Press” qeyd edib ki, indi Ağdamda az-çox ayaqda yerli məscid nəzərə çarpır: “İndi buranın naxışlı minarəsindən böyük bir genişlikdə üst-üstə qalaqlanmış beton və daş parçaları görünür. Əsrin dörddə biri ərzində bitki örtüyü bəzi dağıntıları görünməz etməyi bacarıb”.

Reportajda azərbaycanlıların Ağdama xüsusi məhəbbət bəsləməsi bildirilib. Qarabağ atının daha çox burada yetişdirildiyi qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »