Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransa Rusiya, Türkiyə və Azərbaycana öz dişini göstərmək istəyir”
“Fransa Rusiya, Türkiyə və Azərbaycana öz dişini göstərmək istəyir”

“Fransa çox təəssüflər olsun ki, öz əsl düşmənçilik mövqeyini açıq şəkildə göstərməkdədir. Dünən axşam saatlarında Fransa parlamentində Azərbaycana qarşı yalan və iddihamlarla dolu tövsiyyə xarakterli qətnamənin qəbul edilməsi və onun hökümətə göndərilməsi bu ölkənin bütün planetdə olduğu kimi Cənubi Qafqazda da işğalçılıq, aqressiya və təxribat törətməsinin bariz nümunəsidir”.

Bizimyol.info xəbər verir ki, bunu pilotoloq Zaur Məmmədov bilirib. Onun sözlrərinə görə Fransa Afrikanın 6 ölkəsində hərbi bazalar yerləşdirib.

Zaur Məmmədov Zaur Məmmədov

“Prezidentin köməkçisi Hikmət Hacıyev dünən axşam saatlarında Fransanın hərəkətlərini düzgün qeyd etmişdi. Biz də bilirik ki, Fransa Afrikanın özündə işğalçılıq siyastini davam etdirir. Hansı ki, bu gün də Afrikanın 14 dövləti ona illik xərac verir. Afrikanın 6 ölkəsində isə hərbi bazalar yerləşdirib. Belə bir dövlətin Azərbaycana insan hüquqları, demokratiya, beynəlxalq hüquq dərsi keçməsi olduqca gülüncdür. Təəssüf ki, Fransanın ATƏT-in həmsədri olduğunu unutduğunu görürük. İnanın ki, ATƏT-in həmsədri olmasaydı daha da irəliyə gedərək bu gün Fransa hökuməti tərəfindən həmin o tövsiyyə xarakterli qətnamənin qəbul edilməsinin şahidi olardıq”.

Politoloq bildirib ki, vaxtı ilə Azərbaycan prezidenti İlham Əliyev çox doğru şəkildə balanslı xarici siyasət yürütməyə başlamışdı. Bu balanslı xarici siyasətin nəticələrini biz hazırda görürük.

“Əks halda qərbyönümlü siyasət aparsaydıq bu gün biz Ukraynanın aqibətini yaşaya bilərdik. Britaniya istisna olmaqla qərbdə bir sıra ölkələrin Azərbaycana Dağlıq Qarabağla bağlı təzyiqlər etməsi də bunun bariz nümunəsidir. Fransa qırmızı xətti keçərsə, o zaman iqtisadi resurslarından məhrum olacaqdır.

Fransa Cənubi Qafqazda, Qarabağda gələcək layihələrdə iştirak etməkdən, siyasi proseslərdə müzakirələrdən kənarda qalıb deyə Rusiya, Türkiyə və Azərbaycana öz dişini göstərmək istəyir. Makron hərbi əməliyyatlar başlamamışdan öncə düşünməli idi bunu. Bütün bu qərarların nəticəsi ilk öncə Fransa üçün pis olacaq. Təbii ki, Azərbaycan üçün də bu qərarın hüquqi cəhətdən nəticəsi olmasa da, siyasi cəhətdən bir qədər təsiri ola bilər. Onların nə qarar verməyindən asılı olmayaraq Qarabağ artıq Azərbaycanın tərkib hissəsidir”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »