Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leonid Kalaşnikov: “Fransa senatının qərarı həmsədr ölkə üçün qəbuledilməzdir”
Leonid Kalaşnikov

“Fransa senatının hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səylərini pozmaq cəhdidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB ölkələri və Avrasiya İnteqrasiyası iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

"Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal həll yoluna gətirməsinə görə Fransa və ABŞ-ın inciməsindən fərqli bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı gərginlik yaratmaq cəhdlərini yeniləyib. Hazırkı mərhələdə bu cür fəaliyyət tamamilə qeyri-konstruktivdir”, - deyə Kalaşnikov “VK” agentliyinə açıqlamasında vurğulayıb.

Rusiyalı deputat Minsk qrupunun həmsədr ölkəsi üçün bu addımın, sadəcə, qəbuledilməz olduğunu söyləyib: “Bu qətnamə Cənubi Qafqazda heç kəs üçün yaxşı olmayacaq. Bu addım regionda Rusiyanın səylərini hansısa şəkildə pozmağa istiqamətlənib. Reallıqda bu, Rusiyanın mövqeyinə heç cür təsir etmir, lakin fəsadları onsuz da olacaq. Fransa senatının qərarı Rusiya Federasiyasını Cənubi Qafqaza sülh gətirməkdə günahlandıran radikalları sevindirəcək. Bu, qətnamənin məqsədlərindən biridir".

L. Kalaşnikov Fransa hökumətinin senatın təxribatını dəstəkləməyəcəyini bildirib: “Fikrimcə, Fransa hökuməti özünü daha məsuliyyətli aparır və başa düşür ki, inciməkdən başqa, münaqişəni nizamlamaq işində başqa vəzifələr də var. Siyasətdə inciməyin yeri yoxdur”.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »