Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik Qarabağ qazisini evlə təmin edəcək “Gilan Holdinq”ə təşəkkür edib
Qazi Elçin Səmədov

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müharibədə yaralanmış Qəbələ rayon sakini Elçin Səmədovun ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə ev verilməsini öhdəsinə götürdüyü barədə xəbər vermişdim. Qeyd edim ki, qəhrəmanımızın ailəsinin evlə təmin olunmasında sosial tərəfdaşımız “Gilan Holdinq” Şirkətidir".

Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, ailə yaxın günlərdə evlə təmin olunacaq: "Şirkət tərəfindən Elçin Səmədovun ailəsinə Qəbələ şəhərindəki yeni tikilmiş binadan bütün şəraiti olan üçotaqlı mənzil veriləcək.

Korporativ sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara qayğı göstərilməsində, sosial önəm kəsb edən nəcib təşəbbüslərdə həmişə Nazirliklə fəal tərəfdaşlığına görə “Gilan Holdinq”ə təşəkkür edirik!"

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »