Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Ceyhun Bayramov Səudiyyə Ərəbistanının XİN başçısı ilə telefonla danışıb
Nazir Ceyhun Bayramov Səudiyyə Ərəbistanının XİN başçısı ilə telefonla danışıb

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.

Bizimyol.info xəbər verir ki, XİN-in mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, bu bəyanatın bölgədə sülh və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə dair müzakirələr aparıblar.

Tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər
Bütün xəbərlər »