Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Məmmədov: Fransa senatı Ermənistanın oyuncağına çevrilib
İlham Məmmədov: Fransa senatı Ermənistanın oyuncağına çevrilib

Azərbaycan Milli Məclisi Fransa Senatında Dağlıq Qarabağı tanınmasına dair qətnamə qəbul edilməsinə etiraz olaraq bəyanat qəbul edib. Bütün Azərbaycan ictimaiyyəti Fransanın qəbul etdiyi qətnaməyə kəskn etirazını bildirib.

Millət vəkili İlham Məmmədov Bizimyol.info-ya verdiyi açıqlamada Fransa senatını erməni lobbisinin oyuncağı adlandırıb.

İlham Məmmədov Milli Məclisin deputatı İlham Məmmədov

“Məlum olduğu kimi, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası” nın tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuş, noyabrın 25-də isə müzakirə edilərək qəbul edilmişdir..Belə gorünur ki, dovlətin ciddi, ali qrumu Fransa Senatı sanki ermənilərin əlində bir oyuncaga cevrilib.Fransanın dunyaca məshur bir filmi var, adi “Oyuncaq”dir. Baş rolda məşhur aktyor Pyer Rişar cəkilib və filmin süjet xəttində canli insanın pul üçün oyuncaga cevrilməsinin acınacaqlı mənzərəsi təsvir edilir.

Elə bu filmin baş rolunun ifacisi Pyer Rişar və digər mədəniyyət xadimlərinin də erməni lobbisinin oyuncağı funksiyasında verdikləri qərəzli bəyanat Fransa dovlətciliyinin nə gundə olmasıni gostərir.

Hesab edirəm ki, bu gulunc cizma- qara qətnamənin qəbul edilməsi Fransa senatının özünə bir həqarət, bir təhqirdi.Sual olunur, axi siz olmayan bir qrum haqqında necə qərar qəbul edə biilərsiniz? Hardadir o qondarma qrum? Axi siz eşitdiniz ki, olkəmizin Ali Baş Komandanı sizə və olkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən bütün dövlətlərə acıq dedi ki, yoxdur belə bir qrum. Ermənilərin zəbt etdiyi dogma torpaqlarimizdır, beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş Azərbaycan torpaqları. Və bu sərhədlər daxilində Azərbaycan Respublikası var. Beynəlxalq ictimaiyyətin layiqli tərəfdası, qüdrətli və mustəqil Azərbaycan dövləti.

Belə urəyiniz yanırsa, erməniləri göturün aparın Fransada 80 faizi ermənilərdən ibarət olan Marsel səhərində yerləşdirin, elə Marsel səhərini də elan edin ikinci erməni respublikasi. Avropanın ortasinda firavan həyatla təmin edin, sizin də canınız qurtarsin erməni yanindaki gozükölgəlilikdən.

O senatorlardan soruşmaq lazımdır ki, sizin insanlığınız, dünyaya verdiyiniz demokratiya dərsi budurmu. Biz hamının gözü önündə legitim hərbi hədəfləri vurduq, dinc əhaliyə toxunmadıq. Amma qol-qanad gərdiyiniz ermənilər nə qadına, nə uşağa, nə qocaya baxdı, qatil, cəllad, vəhşi kimi davrandı. Axı Fransanın münaqişənin həlliylə bağlı rəsmi mövqeyi gec də olsa Makron və ölkənizin XİN başçısı tərəfindən səsləndirilibdir. Bəs nədir sərgilədiyiniz bu aciz mövqe, siz beynəlxalq hüquq normalarını çeynəyərək faşizmi, terrorçuluğu dəstəkləyirsiniz? Axı Fransa özü alman faşizmindən əziyyət çəkib, indi ermənilərin dirçəltdiyi faşizm ideyalarına niyə yox deyə bilmir? Bu ideologiya virus pandemiyasından daha qorxunc nəticələrə gətirib çıxara bilər.Alman faşizminin ən qəddar cəlladlarından olan Njdeyə abidə ucaldan bir dövlətdir Ermənistan. Azərbaycan dünyaya sülh, barış, multukulturalizm ideyaları ilə çağırış edir. Azərbaycan dünyaya humanizm ideyaları, mədəniyyətlərarası dialoqla töhfələr verir. Azərbaycanın I vitse- prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq Fransanın qədim mədəni abidələrinin qorunmasına kömək edib. Azərbaycanın layiqli oğlu Əhmədiyyə Cəbrayılov Fransanın faşizmdən azad edilməsi uğrunda döyüşlərdə iştirak edib, qəhrəman adı alıb, bunu erməni oyuncağına çevrilmiş fransız senatorlar niyə unudurlar? Fransa müharibə və münaqişənin daha da alovlanmasına xidmət edən bu kimi təhrikedici addımlardansa, xalqlarımızın rifahına xidmət edəcək addımlar atsın. O ATƏT-in Minsk qrupunun həmsədri olaraq ən azından bitərəf mövqeyini qorumalıdır. O ki qaldı, senatın qəbul etdiyi bu sənədə, o bizim üçün sadəcə gərəksiz kağız parçasıdır. Bu gün bölgədə reallıq dəyişib.Bu reallığı Azərbaycan Prezidentinin siyasi iradəsi, Azərbaycan xalqının azadlıq eşqi və qətiyyəti, Müzəffər Azərbaycan Ordusu dəyişib. Qarabağın işğaldan azad edilməsi regionda sülh və sabitliyin təmin olunmasına xidmət edəcək”,- deyə deputat bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »