Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Qarabağda müharibəyə son qoyulmasında Rusiyanın rolundan danışdı
Lukaşenko Qarabağda müharibəyə son qoyulmasında Rusiyanın rolundan danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin həllində rolunu müsbət qiymətləndirib və bölgədə "qırğının" Moskvanın fəaliyyəti nəticəsində dayandığını söyləyib.

Bunu Lukaşenko Minskdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

“Qafqazda baş verənlər münasibətilə sizi təbrik etmək istərdim. Tənqidlər olacaq, ancaq insanların ölməsinə səbəb olan döyüşlərin dayandırılması böyük ölçüdə Rusiyanın sayəsində mümkün oldu. Və prinsipcə yolun başlanğıcında olsaq da, Qafqazda münasibətləri normallaşdırmaq üçün uzun yola çıxdıq. Bu, çox müsbət və yaxşı bir işarədir. Biz məhz bu mövqeyə sadiqik", - deyə Lukaşenko əlavə edib.

Lukaşenko başlanğıcdan Qafqaz bölgəsinin problemləri ilə dərindən maraqlandığını, bu mövzunu Rusiya, Ermənistan və Azərbaycan rəhbərliyi ilə müzakirə etdiyinə diqqət çəkib.

“Bu böhranın, sonunca dəfə Sankt-Peterburqda müzakirə olunduğu kimi həllini tapmasından çox məmnunam. Buna görə də sizi ürəkdən təbrik edirəm".(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »