Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada müəllimin qətli ilə bağlı yeniyetmələr ittiham olunur
ABŞ polisi

Oktyabrın 16-da Paris yaxınlığındakı Konflan Sent Onorin qəsəbəsində tarix müəllimi Samuel Patinin qətlə yetirilməsinə dair aparılan təhqiqat çərçivəsində dörd nəfər yeniyetməyə qarşı ittiham irəli sürülüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, həmin uşaqlardan 13-14 yaşlarındakı üç nəfər müəllimin 18 yaşlı qatilinə onu işarə verərək əlbirlikdə, dördüncüsü isə müəllimə qarşı böhtançı ittihamlar irəli sürməkdə ittiham olunur.

Xatırladaq ki, 47 yaşlı tarix müəllimi S.Pati sərbəst dərs zamanı Məhəmməd peyğəmbərin karikaturasını uşaqlara göstərdikdən sonra paytaxt küçəsində rusiyalı köçkün, milliyyətcə çeçen olan 18 yaşlı Abdullah Anzorov tərəfindən qətlə yetirilmişdi. Bu hadisə Fransada hiddətlə qarşılanaraq prezident Emanuel Makronu islamçı ekstremizmə qarşı kampaniyaya başlamaq üçün təkan verdi.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »