Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Gürcüstanda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Noyabrın 28-dən etibarən Gürcüstanda metro da daxil olmaqla bütün ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxariya bildirib.

Hökumət başçısının sözlərinə görə, taksilərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Qeyd edək ki, qonşu ölkədə sərt karantin rejimi gələn ilin yanvarın 31-dək qüvvədə qalacaq.

Son xəbərlər
Bütün xəbərlər »