Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransa Senatı işğalçı ölkənin inkişafında deyil, regional münaqişənin böyüməsində maraqlıdır”
“Fransa Senatı işğalçı ölkənin inkişafında deyil, regional münaqişənin böyüməsində maraqlıdır”

“Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ciddi təəssüf doğurur”.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib.

Vüqar Bayramov Vüqar Bayramov

Depuatat onu da qeyd edib ki, bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına alır.

“Bu gün Milli Məclis bu məsələ ilə bağlı sənəd qəbul etdiyi üçün problemin iqtisadi tərəflərinə diqqəti çəkmək istərdim.

Fransanın Qafqaz ölkələri ilə iqtisadi əlaqələri gösətrir ki, bu sənəd erməni lobbisinin təsiri ilə qəbul olunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun həmsədri olan ölkənin Azərbaycana bribaşa qərəzinin təzahürüdür. Belə ki, 2019-cu ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 787 milyon 366 dollar olub. Bu əvvəlki il ilə müqayisəsə 21 faiz artım deməkdir. 2000-ci illərin əvvələrində isə iki ölkə arasındakı ticarət dövriyyəsi hətta 2 milyard dollara yaxın idi. Fransanın Ermənistana ixracatı isə 2019-cu ildə cəmi 60 milyon dollar olub”.

Vüqar Bayramov bildirib ki, BMT-nin (UNCTAD) məlumatına görə, ötən il Ermənistana xarici sərmayə qoyluşu cəmi 254 milyon dollar olub və bu da əsasən 4 ölkənin (Rusiya, Yunanıstan, Kipr və Almaniya) payına düşüb.

“Görndüyü kimi, iqtisadi baxımdan Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməkdədir.

Maraqlıdır, əgər Fransa Ermənistanın inkişafında maraqlıdırsa niyə o yoxsul ölkəyə sərmayə qoymur, iqtisadi əlaqələri genişləndirmir? Deməli, məqsəd sadəcə Azərbaycana qarşı düşünülmüş qərəz nümayiş etdirməkdir. Göründüyü kimi, hər vəclə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyən Fransa Senatı işğalçı ölkənin inkişafında deyil, regional münaqişənin böyüməsində və konfliktin beynəlxalq hüquq prinsiplərinə uyğun ədadlətli həllində deyil, yenidən alovlanmasında maraqlıdır”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »