Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransanın Total strateji əhəmiyyətli neft-qaz layihələrindən kənarlaşdırılmalıdır”
“Fransanın Total strateji əhəmiyyətli neft-qaz layihələrindən kənarlaşdırılmalıdır”

“Ölkəmizə qarşı məkirli siyasət yeridən Fransanın şirkətləri Azərbaycandan çıxarılmalıdır”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

“Azərbaycanda 61 fransız şirkəti qeydiyyata alınıb və onların əsas fəaliyyət sahələri enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmətlər və kənd təsərrüfatıdır. Fransanın “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənilməsi layihəsində ( SOCAR -50% və "Total" -50% ) və Şahdəniz layihəsində(10%) iştirak edir.

Mən tövsiyyə edirəm ki, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması üçün Fransanın Total şirkəti təcili olaraq strateji əhəmiyyətli neft-qaz layihələrindən kənarlaşdırılmalıdır”,-deyə Mirvari Qəhrəmanlı bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »