Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Fransaya qarşı etiraz dalğası: ATƏT-dən rədd ol!
Bakıda Fransaya qarşı etiraz dalğası: ATƏT-dən rədd ol!

Bu gün Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib.

Bizimyol.info-nun məlumatına görə, iştirakçılar Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qətnamənin qəbul edilməsinə etiraz ediblər. Paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər, ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsələndiriliblər.Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar.

Aksiya təşkilatçılarından olan Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini, ehtiyatda olan zabit, politoloq Elçin Axundzadə Bizimyol.info-ya verdiyi açıqlamada Fransa ilə bağlı aparılan işlərin yetərsiz olduğunu söyləyib.

“Azərbaycanın Fransadakı səfiri, bizim lobbimiz, diaspor təşkilatımız hara baxır? Müharibə oldu, onlar nə ilə məşğul oldu? Niyə cənab Prezident və Hikmət Hacıyev tək işlədi? Azərbaycan- Fransa dostluq qrupuna daxil olan deputatlarımız nə ilə məşğul olurlar? Gedib gəlib VIP otellərdə dincəlirlər, təyyarələrdə gəzirlər bəs ortada niyə iş yoxdur? Bütün bunlar yoxlanılmalıdır. Büdcədən bu qədər pullar köçürülür.Bu işlərin bir nəticəsi olmalıdır ya yox? Fransa bizə demokratiya dərsi keçməsin . Fransa ATƏT-in həmsədri kimi yanlış mövqe sərgiləyir və o həmsədrlikdən çıxarılmalıdır. Fransa özü bir milyon yarım əlcəzairlinin qanına əlini bulamışkən bizim haqq davamızda bizə yalançı demokratiyadan dərs keçməsin.Biz ədalətə nail olana qədər susmayacaq, etiraz aksiyamızı davam etdirəcəytik”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »