Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada üç əsrin ən böyük iqtisadi tənəzzülü yaşanır
Britaniya

Böyük Britaniyada bu ildə son 300 ilin ən böyük iqtisadi tənəzzülü, həmçinin dinc dövr üçün ən böyük dövlət borclanma həcmi qeydə alınacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, xəzinə kansleri Rişi Sunak tərəfindən ötən axşam parlamentdəki çıxışı zamanı qeyd etdiyi kimi, Büdcə Məsuliyyəti Ofisinin (OBR) proqnozuna görə, 2020-ci ildə koronavirus epidemiyasının fəsadları nəticəsində ölkə ÜDM-si 11,3 faiz azalacaq, dövlət borclanmasının həcmi də mart ayında başa çatan cari maliyyə ilində ÜDM-nin 20 faizinə yaxını qədər olan 394 milyard funta çatacaq.

Proqnoza görə, ölkə iqtisadiyyatı yalnız 2022-ci ilin sonunda böhrandan əvvəlki vəziyyətə qayıdacaq.

Qeyd edək ki, Böyük Britaniya hökuməti koronavirus epidemiyasının səbəb olduğu böhrana qarşı 895 milyard funt həcmində xüsusi proqram həyata keçirir və müvafiq vəsait cəlb etmək üçün böyük həcmdə borclanmaya gedir.

Həmçinin R.Sunak tərəfindən təqdim edilən dövlət məsrəfləri proqramında 2021-2022-ci illər ərzində infrastruktur layihələrinə 27 milyard funt həcmində sərmayə yatırımları nəzərdə tutulur ki, bununla da ölkədə məşğulluğu qoruyub saxlamaq hədəflənir. İşsizliyin 7,5 faiz pik səviyyəsinə gələn ilin ikinci rübündə çıxacağı, sonradan azalacağı gözlənilir. Bununla yanaşı xarici ölkələrə yardımların ÜDM-nin 0,7 faizindən 0,5 faizinədək ixtisar ediləcəyi, tibb işçiləri istisna olmaq şərtilə ölkədəki 1,3 milyon dövlət qulluqçunun məvaciblərinin gələn il dondurulacağı, eyni zamanda, 250 funtdan az olmayacağı da diqqətə çatdırılıb.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »