Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etirazçılar Ermənistan parlamentinin binası qarşısında toplaşdı
Etirazçılar Ermənistan parlamentinin binası qarşısında toplaşdı

Ermənistanda etirazçılar hərbi vəziyyətin ləğv olunmasını müzakirə etmək üçün fövqəladə iclas keçirməyi planlaşdıran müxalifəti dəstəkləmək məqsədilə parlamentin binası qarşısında toplaşıblar.

“RİA Novosti” xəbər verir ki, Ermənistan parlamentinin müxalif üzvləri Milli Məclisin fövqəladə iclasını çağıraraq ölkədə sentyabrın 27-dən tətbiq olunan hərbi vəziyyətin qaldırılması məsələsini müzakirə etməyi planlaşdırırlar.

“Biz buradakı səlahiyyətlilərlə görüşmək üçün buradayıq. İnsanlar onları tanımayacaq”,- deyə etirazçılardan biri jurnalistlərə bildirib.

Digər bir iştirakçı isə bildirib ki, hökumət tərəfdarı millət vəkilləri hərbi vəziyyət rejimini ləğv etmək üçün parlamentə gəlməli və iclasda iştirak etməlidirlər.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »