Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransanın bu addımı Azərbaycanın ərazi bütövlüyünə qəsd niyyəti daşıyır”
“Fransanın bu addımı Azərbaycanın ərazi bütövlüyünə qəsd niyyəti daşıyır”

“Fransada qanun layihəsinin hələki bir modelidir. Bu onu göstərir ki, Fransa tərəfi Dağlıq Qarabağ münaqişəsində bir tərəfli qaydada mövqe nümayiş etdirir. Bu mövqe ATƏT-in Minsk qrupunun həmsədri kimi qanuna ziddir. Eyni zamanda isə Beynəlxalq Hüququn prinsipləri ilə üst-üstə gəlmir. Xüsusilə də BMT-nin nizamnaməsinə görə, ölkələrin ərazi bütövlüyü pozulmazdır. Fransa hazırda Azərbaycanın ərazi bütövlüyünü pozmaqla bağlı addımlar atır”.

Bizimyol.info xəbər verir ki, bu sözləri politoloq Əziz Əlibəyli açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, Fransanın bu addımı Azərbaycanın ərazi bütövlüyünə qəsd niyyəti daşıyır.

Əziz Əlibəyli Əziz Əlibəyli

“İkinci məqam ondan ibarətdir ki, dərhal Fransanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı mövqe qoyaraq bildirdi ki, belə bir tərəfli açıqlamalara ehtiyac yoxdur. Azərbaycan prezidentinin köməkçisi də onu sadəcə kağız parçası adlandırdı.

Ümumi mənzərə ondan ibarətdir ki, faktiki olaraq Fransanın atdığı addım Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şübhə nümayiş etdirməkdir. Eyni zamanda ərazi bütövlüyünə qəsd niyyəti daşıyır. Hesab etsək ki, Fransa senatında bu qəbul edildi, Makron bu sənədi imzaladı və onu hüquqi baza yaratdılar. Düşünürəm Fransa bu addımı atarsa, tək olmayacaq. Bir neçə Avropa ölkəsi də bu addımı dəstəkləyəcək.

Amma paralellik ondan ibarətdir ki, daha öncə erməni soyqırımı ilə bağlı qanun layihəsinin qəbulunda və icrasında da görmüşük ki, Fransa bunu həyata keçirsə də, heç bir nəticəsi olmadı.

Terrorçu ölkəyə dəstəyinin nəticəsi olaraq Fransanın Türkiyə və Azərbaycanla münasibətləri pozulacaq. İkindi növbədə isə Fransanın keçmiş tarixə diar qaranlıq səhifələri var. Bu cür addımlar atsa əks təsirlə cavab alacaq”.

Politoloqun sözlərinə görə, Fransanın qanunvericilik məclisində tanınma ilə bağlı ehtimalın reallaşması sırf olaraq erməni lobbisinə və diaspora təşkilatlarına yönəli addım ola bilər.

“Bilirik ki, Fransada seçki sistemində ermənilərin çox ciddi təsiri var. Errməni klanı ilə işləmək, onlarla əməkdaşlıq etmək seçkilərdə yüksək faizli səs deməkdir. Bu ehtimalları nəzərə aldıqda vəziyyəti xoş qiymətləndirmək olmaz.

Ümumilikdə bunları Fransa və onun ətrafında baş verən proseslər kimi nəzərdən keçirmək lazımdır. İddia etdikləri kimi Dağlıq Qarabağda qondarma rejim artıq mövcud deyil. Onun nə bayrağı, nə paytaxtı, nə də gerbi yoxdur artıq. Bunların olmamasının səbəbi 10 noyabr Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan razılıq bəyənnaməsinə əsasən baş verib. Xüsusilə də onların senatda müzakirəyə çıxardıqları coğrafiyanın hazırki vəziyyətinə dair cavabdehliyi Rusiya sülhməramlıları öz üzərinə götürüb”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »