Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir gündə COVID-19 rekord sayda can aldı
Koronavirus xəstələri

Noyabrın 25-də dünyada COVID-19 infeksiyası səbəbindən rekord sayda – 12 min 7 nəfər həyatını itirib, 609 mindən çox yoluxma halı aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, koronavirus pandemiyasının statistikasını aparan Worldometer saytının verdiyi məlumata görə, dünya üzrə indiyədək COVID-19-a yoluxanların sayı 60 milyon 736 min 801 nəfərə, ölənlərin sayı isə 1 milyon 427 min 80 nəfərə çatıb.

Bildirilir ki, 42 milyon 42 min 128 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 17 milyon 267 min 593 xəstədən 104 min 519 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 13 milyon 138 mini ötüb. Hindistanda 9 milyon 266 min, Braziliyada 6 milyon 166 min, Fransada 2 milyon 170 min, Rusiyada isə 2 milyon 162 min yoluxma qeydə alınıb.

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür - 268 min 221 nəfər. Ölüm göstəricisinə görə, ilk beşliyə daxil olan Braziliyada 170 min 799, Hindistanda 135 min 261, Meksikada 103 min 597, Böyük Britaniyada isə 56 min 533 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
Son xəbərlər
Bütün xəbərlər »