Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada koronavirusla bağlı məhdudiyyətlərin müddəti uzadılıb

Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərin müddəti gələn il yanvarın 15-nə kimi uzadılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin əmr imzalayıb.

Belə ki, hazırda qüvvədə olan məhdudlaşdırılmalara əsasən yaşı 65-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən Moskva sakinlərinə evi tərk etməmək tövsiyə olunur. Eləcə də paytaxtdakı iş müəssisələrində işçilərin ən az 30 faizinin distant işə keçməsi tələb olunur. Yanvarın 15-nə kimi Moskvada uşaqlar üçün əyləncə mərkəzləri də bağlı qalacaq.

S. Sobyanin Moskvada koronavirusun yayılması ilə bağlı vəziyyətin gərgin olaraq qaldığını bildirib: “Hazırda koronavirusun yayılması inkişafı ilə bağlı vəziyyət müntəzəm olaraq normallaşır. Lakin xəstəliyin səviyyəsinin azalmasına doğru keçidin olmasından danışmaq hələ tezdir. Səhiyyə sistemi əvvəlki kimi çox ağır təzyiq altında işləyir”.

Qeyd edək ki, noyabrın 13-dən Moskvada koronavorusun yayılması ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunub. Belə ki, Rusiya paytaxtında restoran, kafe və gecə klubları saat 23:00-a qədər işləyir. Ali məktəblərin və kolleclərin tələbələri isə distan təhsil formasına keçib. Moskvada müvəqqəti olaraq sərgilərin, ictimai mühazirələrin və digər əyləncəli təbirlərin keçirilməsi dayandırılıb.

Xatırladaq ki, Operativ Qərargahın açıqladığı məlumata görə, Moskvada son sutka ərzində 6 075 nəfər COVID-19-a yoluxub.

Son xəbərlər
Bütün xəbərlər »