Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MM sədrinin müavini: "Senat üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir"
Milli Məclis

“Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”.

Bizimyol.info xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında parlamentin sədr müavini Fəzail İbrahimli Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Fransa senatının üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir:

“Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Fransanın içi yanır, sürünür. Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, özü həll etdi. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub. Azərbaycanla danışığın bir forması var. Bizim güvən və güvənc yerimiz var”.

Paylaş »
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› ƏDV-dən vətəndaşlara qaytarılan ümumi məbləğ açıqlandı
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
Son xəbərlər
Bütün xəbərlər »