Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər öz kəndlərini yandırıb, evsiz eşiksiz qaldılar - Foto
Ermənilər öz kəndlərini yandırıb, evsiz eşiksiz qaldılar - Foto

Boşaltdıqları kəndləri yandıraraq tərk edən ermənilər bu dəfə öz əməllərinin cəzasını özləri çəkəsi olublar. Belə ki, Çərəkdar kəndinin boşaldılacağını düşünən düşmənlər kəndi yandırdıqdan sonra məlum olub ki, kənd boşaldırlmır.Bu məlumatı siyasi şərhçi Turab Rzayev verib.

“Mardakert (Ağdərə) rayonunun Çərəkdar kəndi var idi. Daha sonra Ağdərə rayonu ləğv edilərək bölündü və kənd Kəlbəcərə verildi.

Bir neçə gün əvvəl kəndin boşaldılıb Azərbaycana verilməsi xəbərini alanda, məlumat mənə qəribə gəldi. Çünki guya Kəlbəcərin yeni sərhədləri ilə qaytarılması başından bəri qəsdən yayılmış saxta xəbər idi. Rayonlar Sovet dövrünün sərhədləri ilə qaytarılacaq. Sovet dövründə isə Çərəktar Ağdərənin kəndi olduğuna görə, Dağlıq Qarabağda qalmalı idi. Eyni qarışıqlıq ermənilərin də başına maraqlı oyun açıb:

Deməli kənd əhalisinə deyiblər, kənddən çıxın.

Ermənilər də nələri var-yox hamısını aparıblar, evləri də yandırıblar.

Evləri, məktəbləri, bütün çıxara bilmədikləri əmlakı yandırıblar.

Növbəti gün onlara deyiblər ki, bağışlayın, səhv olub, xitam verildi, siz qalırsınız.

İndi kəndlilər yandırılmış, evsiz, məktəbsiz, əmlaksız evdə qalıblar.

Ermənistanda ciddi müzakirə gedir ki, kimdir günahkar? Və zərəri kim ödəyəcək?

Eyni hadisə Aknaberd (Ümüdlü) və digər kəndlərdə də baş verib”,- deyə o bildirib.

Çərəkdar

Son xəbərlər
Bütün xəbərlər »