Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa Senatından sonra Belçika parlamenti Dağlıq Qarabağla bağlı... - Politoloqdan açıqlama
Fransa Senatından sonra Belçika parlamenti Dağlıq Qarabağla bağlı... - Politoloqdan açıqlama

Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamədən sonra Belçika parlamentinin xarici işlər komitəsi Dağlıq Qarabağla diplomatik əlaqələrin qurulmasına dair layihəni noyabrın 30-da müzakirəyə çıxaracaq.

Politoloq Fərhad Mehdiyev Bizimyol.info-ya açıqlamasında bildirib ki, Fransa Senatının qəbul etdiyi sözügedən qətnamənin siyasi yükü var.

Politoloq Fərhad Mehdiyev Fərhad Mehdiyev

“Necə ki biz Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı BMT-nin və Avropa Şurasının qətnamələrinə, Avropa İttifaqının sənədlərinə istinad edirdik, eyni şəkildə ermənilər də Fransa Senatının qəbul etdiyi qətnaməyə istinad edəcək. Belçika parlamentində də buna bənzər addım atmağı planlaşdırıb.

Bu presedentin yayılması narahatlığı var”,-deyə F.Mehdiyev bildirib.

Politoloq bildirib ki, diplomatların və Azərbaycan lobbisinin bu istiqamətdə fəaliyyəti artmalıdır:

“Avropanı narahat edən Rusiyanın və Türkiyədə Cənubi Qafqazda mövqelərinin güclənməsidir. Diplomatiya bu məsələdə çox aktiv olmalıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »