Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa Minsk qrupunun həmsədrliyindən çıxmalıdır? - Siyasətçilərdən açıqlamala
Fransa Minsk qrupunun həmsədrliyindən çıxmalıdır? - Siyasətçilərdən açıqlamala

Ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

Bizimyol.info xəbər verir ki, beynəlxalq huququ pozan bu qərar Azərbaycan cəmiyyətində etiraza və hiddətə səbəb olub. Erməni işğalçıları azad edilmiş ərazilərdən çıxan kimi artıq Fransanın da ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxması məsələsi ictimai diskursun gündəmindədir.

Zaur Məmmədov Zaur Məmmədov

Politoloq Zaur Məmmədov bildirib ki, Fransa Minsk qrupundan çıxarılmalısı fikirlərilə razı deyil: “Azərbaycanın istəyi ilə Fransa həmsədrlikdən kənarlaşdırılması mürəkkəb prosedurdur. Konfrans çağırılması, qərar da orda verilməlidir. Onsuz da, Minsk qrupu ölü bir platformadır. Nə qədər ki, Fransa hökuməti Qarabağı müstəqil dövlət kimi tanımayıb, həmsədr kimi qalsa yaxşı olar. Çünki həmsədrlik Fransa hökumətini ermənipərəst siyasət yürütməklə bağlı istəklərini bir qədər daraldır. Elə həmsədr olduğuna görə rəsmi Paris parlamentin hökumətə göndərdiyi tövsiyəni qəbul etməyəcək”.

Natiq Cəfərli Natiq Cəfərli

“Respublikaçı Alternativ” Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, Fransa siyasətçilərinin bir qismi bu məsələdə hüququn yox, bir ovuc erməni əsilli seçicinin marağının yanında yer aldı: “Fransa senatının qəbul etdiyi qətnamənin ciddi hüquqi yükü olmasa da, Fransa üçün böyük siyasi yükü var - Fransa Minsk Qrupundan dərhal çıxarılmalıdır: “Bu ilk addımdır, amma sonra Fransa ilə əlaqələri kəsmək əvəzinə onlarla daha sıx işləmək lazımdır. Boykot doğru yol deyil. Bu addımın presidentə çevirilməsinə imkan vermək olmaz! Senatın sənədini Fransa hökuməti təsdiqləməsə, hərəkətə keçməsə heç bir hüquqi zəmin yaratmayacaq, ona görə də vaxt itirmədən bütün imkanlar səfərbər edilməlidir!”

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »