Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident sarayında Dieqo Maradona ilə vida mərasimi olacaq
Prezident sarayında Dieqo Maradona ilə vida mərasimi olacaq

Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

Əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə vida etmək istəyənlərin qəbulu saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çox sayda insan toplaşıb.

Qeyd edək ki, Dieqo Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »