Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filipo Qrandi daha 2.5 il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edildi
Filipo Qrandi daha 2.5 il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edildi

BMT Baş Asambleyası italiyalı Filipo Qrandini daha 2,5 il müddətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edilməsi barədə qərarını təsdiqlədi.

Trend TASS-a istinadən xəbər verir ki, o, artıq 2015-ci ildən bu vəzifədə çalışır.

"Baş Katibin tövsiyəsindən və üzv dövlətlərin məsləhətləşmələrindən sonra Baş Asmableya İtaliyanın nümayəndəsi Filipo Qrandini 1 yanvar 2021-ci ildən başlayaraq 30 iyun 2023-cü il tarixinədək 2,5 il müddətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsinə təsdiqlədi" - təşkilatın mətbuat xidməti məlumatında deyilir.

Baş Katibin rəsmi nümayəndəsinin müavini Fərhan Haq jurnalistlərə izah etdi ki, ümumiyyətlə belə bir vəzifəyə namizəd beş il müddətinə təyin olunur, lakin Q özü "şəxsi səbəblərdən bu müddətin qısaldılmasını" istəyib.

Son xəbərlər
Bütün xəbərlər »