Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”

Ermənistanda Qarabağ məğlubiyyətinə görə nə qədər sarsıldıqlarını gizlədə bilmirlər.

Hətta ölkə prezidenti Armen Sarkisyan da bunu etiraf edib.

Bizimyol.info xəbər verir ki, Sarkisyan son müsahibəsində çox vacib məqama toxunub. O, ölkə hüdudlarından kənarda Ermənistanın və ermənilərin imicinin müsbət olmadığını dilə gətirib: “İqtisadi və siyasi böhranla yanaşı, Ermənistanda beynəlxalq münasibətlər böhranı da yaşanır. Çünki bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”.

Ermənistan prezidenti deyib ki, ölkəsi ictimai rəy müharibəsində uduzub. Onun fikrincə, Birinci Qarabağ Müharibəsində qələbə ermənilərə münasibəti yaxşı mənada dəyişmişdi. Amma indi onlara ürəyi yanan çox deyil. Sarkisyan əlavə edib ki, xalqı çox böyük mənəvi-psixoloji zərbə alıb.

Son xəbərlər
Bütün xəbərlər »