Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfsanəvi futbolçu vəfat etdi
Əfsanəvi futbolçu vəfat etdi

Dünya futbolunun yaşayan əfsanələrindən biri Dieqo Maradona həyatla vidalaşıb. Argentinalı ulduz 60 yaşında vəfat edib.

Bizimyol.info xəbər verir ki, Maradona bir müddətdir beyindəki problemdən əziyyət çəkirmiş. Noyabrın əvvəllərində əfsanəvi futbol adamını xəstəxanaya yerləşdiriblər. Ona beyin qansızması diaqnozu qoyulubmuş.

Maradona onda dərhal əməliyyat olunmuşdu. Noyabrın 11-də argentinalı evə buraxılıb.

Bundan əvvəl də Maradonanın ürəyindəki problemlərə görə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Maradona Argentina milli komandasının heyətində 1986-cı ildə dünya çempionu olub. Hücumçu “Napoli”nin İtaliya çempionatlarında ilk qızıl medalının əsas səbəbkarı sayılır. Maradona “Barselona”, “Sevilya”, “Boka Xuniors” kimi məşhur klubların formasını geyinib.

Son xəbərlər
Bütün xəbərlər »