Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin lideri də Co Baydeni təbrik etdi
Çin lideri də Co Baydeni təbrik etdi

Çin prezidenti Si Tsinpin Co Baydeni ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Tsinpin təbrik teleqramında bildirib ki, ABŞ-Çin münasibətlərinin sağlam və davamlı inkişafı yalnız iki ölkənin xalqlarının mənafelərinə cavab vermir, eyni zamanda beynəlxalq birliyin ümumi gözləntilərini əks etdirir.

Çin lideri ölkəsi ilə ABŞ arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf edəcəyinə, fikir müxtəlifliyinin aradan qaldırılacağına ümid etdiyini söyləyib.

O, Çin və ABŞ-ın qlobal sülhün və inkişafın qorunmasına kömək etmək üçün digər ölkələr və beynəlxalq ictimaiyyətlə birgə çalışacaqlarına ümid etdiyini də bildirib.

Son xəbərlər
Bütün xəbərlər »