Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maska taxmayanlara yaxınlaşıb “testim pozitiv çıxdı” dedi, vecinə almadılar - Foto
Maska taxmayanlara yaxınlaşıb “testim pozitiv çıxdı” dedi, vecinə almadılar - Foto

Dünyada koronavirusa yoluxanların sayı daha sürətlə artmağa başlayıb. Amma heç də hər yerdə infeksiyaya ciddi yanaşılmır.

Bizimyol.info xəbər verir ki, Türkiyə də yoluxma sayının çox artdığı ölkələrdəndir. Hökumətin ciddi tədbirlərinə münasibətin daha yaxşı olmasına ehtiyac var.

Maska taxmayanlara yaxınlaşıb “testim pozitiv çıxdı” dedi, vecinə almadılar - Foto

Düzcə şəhərində həvəskar aktyor İsa Gülaçtı eksperiment aparmaq qərarına gəlib. O, küçədə maska taxmayanlara yaxınlaşıb “testim pozitiv çıxdı” deyərək, insanların reaksiyasını yoxlamaq fikrinə düşüb. Aktyor əksəriyyətin vecsizliyindən heyrətə gəlib.

İsa Gülaçtı özünü elə göstərib ki, guya xəstəxanaya getməlidir, amma müalicə müəssisəsinin yerini tanımır. Aktyorun qarşısına çıxanların əksəri onun testinin pozitiv çıxması xəbərinə laqeyd yanaşıb. Onlar hətta bundan sonra da maska taxmağı vacib bilməyiblər.

Son xəbərlər
Bütün xəbərlər »