Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baqratyan: "Paşinyan Çin, İran və Gürcüstanla münasibətlərimizi pozdu"
Baqratyan: "Paşinyan Çin, İran və Gürcüstanla münasibətlərimizi pozdu"

Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri qoruya bilmədi, üstəlik, İran, Çin və Gürcüstanla da münasibətlərimizi pozdu.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan səsləndirib.

“25 il öncə Ermənistan Petrosyanın hakimiyyəti altında komplementar siyasət yürüdürdü.Lakin onda zaman başqaydı.ABŞ və Rusiya arasında indiki kimi gərginlik yox idi, o zaman dünya derjavaları liderlik edirdi, indi regional güclər üstünlüyü ələ alıb.Ermənistan açıq şəkildə uyğur türklərinə və türk dünyasına qarşı siyasət yürüdən Çinlə belə siyasətini nizamlaya bilmədi.Bunun əksinə Ermənistan uyğur türklərinin haqqını müdafiə edən beynəlxalq təşkilata(International Religious freedom of belief Alliance) üzv oldu. Bu Çin rəhbərliyinin əlbəttə ki, xoşuna gəlməz.

Qərb ölkələrinə gəlincə, Trüdo,Merkel ilə şəkil çəkdirməklə deyil, onlar bizi dəstəkləmək istəmədilər.Makron terrorizmə qarşı çıxış etdi,lakin xarici siyasətində ABŞ-ın mövqeyini dəstəklədi. Britaniya da Qarabağ məsələsində BMT-ni dəstəkləməklə bizdən üz çevirdi”,- deyə keçmiş baş nazir qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »