Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda bağlardan meyvə oğurlayanlar tutulub
Həbs

Lənkəranda ayrı-ayrı şəxslərə məxsus təsərrüfatlardan dəyəri ümumilikdə 2000 manatdan artıq olan sitrus meyvələrini oğurlayan rayon sakiləri saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonunun Tütəpeştə kəndi ərazisində yerləşən S.Salayevə məxsus təsərrüfatdan dəyəri 900 manat olan 3000 ədəd limon meyvələrinin oğurlanması ilə bağlı polisə müraciət edilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakinləri Fərid Hüseynzadə və Azər Əlizadə olduqları müəyyən olunub.

Aparılan araşdırmalarla həmin şəxslərin digər bu kimi əməlləri də aşkarlanıb. Belə ki, F.Hüseynzadə və A.Əlizadənin rayon ərazisində əlavə olaraq daha 2 təsərrüfatdan ümumilikdə 1110 manat dəyərində 2000 ədəd limon, 500 kiloqram naringi və 200 kiloqram portağal meyvələrini oğurladıqları məlum olub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Faktiki hava açıqlandı
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
Son xəbərlər
Bütün xəbərlər »