Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik Elçin Səmədovun ailəsinə ev tikilməyi öhdəsinə götürüb
Qazi Elçin Səmədov

Qələbəmizin qəhrəmanlarından biri olan, müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikintisini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öhdəsinə götürüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov paylaşım edib.

Paylaşımda bildirilib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar: "Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir. Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb.

Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq.

Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
Son xəbərlər
Bütün xəbərlər »