Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin təsiri 3 həftə sonra bilinəcək”
“Xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin təsiri 3 həftə sonra bilinəcək”

Azərbaycanda 24 noyabr tarixində koronavirusa 3646 yeni yoluxma, 34 ölüm faktı qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 1194 nəfərdir.

COVİD-19 virusuna yoluxanların və bu virusdan ölənlərin sayının artması ilə bağlı Bizimyol.info-ya açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib ki, virus ölkəmizdə yayıldığı ilk aylarda gündəlik 200 civarında yoluxma halları qeydə alınırdısa, bu gün bu rəqəm 3 mini keçib.

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına məsuliyyətlə yanaşmalı, bununla da həm özünü, həm də digərlərini virusdan qorumalıdır. Bu gün ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin, qadağaların müsbət təsiri 2-3 həftə sonra özünü biruzə verəcək. İnsanların qaydalara əməl etməyəcəyi təqdirdə, yoluxmanın da çoxalması qaçılmazdır. Əgər gündəlik yoluxma sayı həddini aşarsa, xəstəxanalarımız hətta ağır xəstələri belə qəbul etmək iqtidarında olmaya bilər”,-deyə N.Abdullayev bildirib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »