Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəmkir sakinində silah aşkarlanıb
Şəmkir sakinində silah aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, 43 yaşlı Ceyhun Ələkbərova məxsus rayon ərazisindəki evə baxış keçirilib. Oradan yataq otağındakı seyfin içərisindən atəşə yararlı “TK” modelli “Korovin” konstruksiyalı tapança və həmin tapançaya məxsus 2 patron aşkar edilərək götürülüb.

Silahın hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilmək üçün ekspertizaya göndərilib.

Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »