Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ şirkətləri Fransada peyvənd hazırlayacaq
ABŞ şirkətləri Fransada peyvənd hazırlayacaq

ABŞ-ın “Moderna” və Stokholmda yerləşən “Recipharm AB” əczaçılıq şirkətləri arasında birincinin hazırladığı koronavirusa qarşı peyvəndin bir hissəsinin Fransada istehsal olunmasına dair niyyət məktubu imzalanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə işləri üzrə dövlət katibi Anyes Panye-Rünaşe bildirib.

Ötən gün Avropa Komissiyası “Moderna” ilə 160 milyon doz dərmanın ilkin sifarişinə dair müqavilə imzalayıb. Bundan əvvəl “Astra Zeneca”, “Sanofi – GSK”, “Johnson Johnson”, “”BioNTech” – “Pfizer” cütlüyü, “”CureVac” şirkətlərilə də bənzər müqavilələr imzalanıb. Həmin sənədlər çərçivəsində Avropa İttifaqı ölkələrinə 2 milyard doza yaxın dərman veriləcəyi güman edilir. Hərçənd sözügedən dərmanların kütləvi istehsala başlanıb-başlanmayacağı hələlik dəqiq bilinmir.

Son xəbərlər
Bütün xəbərlər »